Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkı MMC "YT Park"ın tikintisi üçün ayrılmış torpaq sahəsinin hazırlanması ilə əlaqədar podratçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
İşlərin həcminə Bakının Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının tikintisi üçün ayrılmış 50 hektar torpaq sahəsinin yararlı vəziyyətə gətirilməsi daxildir.
Seçim təkliflər sorğusu üsulu ilə həyata keçirilir.
Təkliflər 4 sentyabr 2014-cü il tarixinədək qəbul ediləcək.
Yüksək Texnologiyalar Parkı prezident İlham Əliyevin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. Məqsəd İKT, kosmos, enerji səmərəliliyi, yüksək texnologiyaların tətbiqi və digər sahələrdə tədqiqatların aparılmasıdır.
N.Abbasova