Bu həftə Kaliforniya Senatının Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına dair qəbul etdiyi qətnamə Amerika-Azərbaycan münasibətlərinə nəzərə çarpacaq dərəcədə mənfi təsir etməyəcək. Politoloq, Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə buna əmindir.
“Hesab edirəm ki, kaliforniyalı senatorların qərarı ikitərəfli münasibətlər üçün mənfi rol oynaya bilməyəcək. Bu səbəbdən biz Amerika-Azərbaycan münasibətləri barədə danışanda Amerika Administrasiyası və Azərbaycan Administrasiyası arasında münasibətləri nəzərdə tuturuq. ABŞ Administrasiyasının isə Kaliforniyada bu cür qətnamənin qəbul edilməsinə aidiyyəti yoxdur”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
V.Quluzadə vurğulayıb ki, buna görə də senatorların bu qətnaməsinə görə Ağ Ev ilə arasının dəyməsi Azərbaycana sərf etmir.
Politoloq bəyan edib ki, Ağ Ev Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır və tezliklə problemin həlli üçün tədbirlər görmək niyyətindədir.
F.Hüseynzadə