Azərbaycan son zamanlar radikal dini qrupların müşahidə edilən fəallaşmasının qarşısını uğurla alır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Niyaz Yaqublu belə hesab edir.
Qeyri-ənənəvi, radikal dini cərəyanların və onlarla mübarizə üsullarınınn mənfi təsiri barədə danışan N.Yaqublu, həmçinin Azərbaycanın dövlət qurumlarının fəaliyyətini qeyd edib.
“Son zamanlar, xüsusilə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində fəallıq müşahidə edilib”, - deyə DQİDK-nın mətbuat xidməti Sumqayıtda “Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqdə çıxış edən N.Yaqubluya istinadən məlumat verir.
“Lakin Dövlət Komitəsinin istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınır”, - deyə o əlavə edib.
N.Yaqublu bildirib ki, ölkədə tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaq.
“Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq” mövzusunda seminar-treninqlər İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İKGF ARM) tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi layihəsi çərçivəsində keçirilir. Tədbirlərin məqsədi Azərbaycan dini tolerantlıq ənənələrinin tərənnümüdür.
Daha əvvəl bu cür tədbirlər Azərbaycanın şimal və şimal-qərb bölgələrində keçirilib.
F.İsazadə