SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi bazar ertəsi Azərbaycanın iki rayonunun qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
Qaz nəqli infrastrukturunda təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar səhər saatlarından sentyabrın 3-nə qədər Şamaxı şəhəri də daxil olmaqla rayonun bir hissəsinə və Qobustan rayonunun
Xilmilli kəndinə təbii qazın verilişinə məhdudiyyətlər qoyulub.
N.Abbasova