Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə Mətbuat evi tikilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“5 mərtəbəli bina 460 kvadratmetr ərazidə inşa edilir. Mətbuat evi təkcə Gəncə deyil, bütövlükdə region jurnalistləri üçün mərkəz rolunu oynayacaq”, - deyə “Azərmətbuatyayım”ın nümayəndəsi Kənan Hümbətov bildirib.
Onun sözlərinə görə, Gəncə çayının sağ sahilində, bayraq meydanının arxasında inşa edilən bina müasir informasiya texnologiyaları ilə təchiz ediləcək.
“Mətbuat evində müxtəlif tədbirlərin, həmçinin mətbuat konfranslarının təşkil edilməsi üçün hər cür şərait yaradılacaq”, – deyə K.Hümbətov qeyd edib.
2012-ci ildə başlanan tikinti işləri bu ilin sonuna kimi başa çatacaq.
F.Mehdiyev