Bazar ertəsi İslamabadda hüquq mühafizə orqanlarının əməkdaşları ilə Pakistanın indiki hökumətinin istefasını tələb edən nümayişçilər arasında toqquşmalar baş verib.
“Polis gözyaşardıcı qaz tətbiq etmək məcburiyyətində qalıb”,- deyə Qərb KİV-ləri yazır.
BBC-nin verdiyi xəbərə görə, nümayişçilər Pakistan Milli Televiziyasının binasına soxulublar. Hazırda telekanalın yayımı dayandırılıb.
Xəbər verildiyi kimi, şənbə günündən etibarən İslamabadın on minlərlə sakini ölkənin baş naziri Nəvaz Şərifin istefasını tələb edirlər. Onlar baş naziri 2013-cü ilin may ayında ölkədə keçirilmiş prezident seçkilərində saxtakarlığa yol verməkdə ittiham edirlər.
N.Şərif isə kütləvi nümayişlərə baxmayaraq, öz postunu tərk etmək niyyətində olmadığını bəyan edib.