Ötən həftə Azərbaycan polisi axtarışda olan 96 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (25-31 avqust) baş vermiş bədbəxt hadisələr nəticəsində 18 nəfər həlak olub, 2 intihar hadisəsi qeydə alınıb.
Bununla yanaşı, 3 nəfər qətldə, 8 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 32 nəfər oğurluqda, 6 nəfər qarətdə, 1 nəfər avtomobil qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 6 fakt qeydə alınıb.
C.Həmidov