Azərbaycanda fəaliyyət göstərən sahibkarlar 29-30 oktyabr tarixlərində Tiflis şəhərində keçiriləcək Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunurlar. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında qeyd edilir.
Forumda Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Asiya İnkişaf Bankının vitse-prezidenti Çjan Ventsay, Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili iştirak edəcəklər.
Forum çərçivəsində sahibkarlar arasında ikitərəfli görüşlər də keçiriləcək.
A.Axundov