Ötən həftə Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 43 nəfəri və narkotik maddə alverində şübhəli bilinən 2 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumlikdə 34,45 qram marixuana, 16,062 qram tiryək, 9,305 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 1,5 kq marixuana aşkarlanıb.
C.Həmidov