“Nabat” filmi Venesiya kinofestivalında nümayiş olunacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına məlumat verilir.
Film sentyabrın 5-də təqdim ediləcək. Festivalın nəticələri sentyabrın 6-da açıqlanacaq.
Festivalda ekran əsərlərini 9 münsif qiymətləndirəcək. Fransalı bəstəkar Aleksandr Deplanın rəhbərlik etdiyi heyətə britaniyalı aktyor Tim Rot, alman rejissoru Filip Qreninq, italiyalı aktrisa Karla Verdone və başqaları daxildir.
“Nabat” filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalıdır.
Film Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elçin Musaoğlu və Elxan Nəbiyev, quruluşçu operatoru Abdulrəhim Beşarat (İran), prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində əsas rolları Fatimə Motamed Arya (İran), Vidadi Əliyev, Ramin Zeynalov, Sabir Məmmədov və başqaları canlandırıblar.
A.Zeydullayeva