Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Azərbaycana səfərə gələcək. Türkiyə KİV-lərinin yaydığı məlumata görə, o, növbəti gün prezident İlham Əliyevlə görüşəcək.
Məlumatda deyilir ki, ikitərəfli danışıqlar zamanı energetika məsələləri və Dağlıq Qarabağ problemi müzakirə ediləcək.
Bu, R.T.Ərdoğanın Şimali Kiprdən sonra ikinci xarici səfəri olacaq. Türkiyənin dövlət başçısı NATO-nun sammitində iştirak etmək üçün Bakıdan Uelsə yola düşəcək.
F.Hüseynzadə