SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) və BP milli kadrların inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib.
Bazar ertəsi Bakıda iki şirkət arasında müvafiq sənədlər imzalanıb.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin imzalanma mərasimindən verdiyi məlumata görə, xüsusilə SOCAR şirkətinin Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin tədrisi sahəsində əməkdaşlığa dair saziş və SOCAR ilə BP şirkətləri arasında razılaşdırılmış məşğulluq və təyinat proseslərinə dair Anlaşma Memorandumu imzalanıb.
Birinci saziş çərçivəsində BP şirkəti Səngəçal terminalı yaxınlığında yerləşən Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan 100 nəfərin peşə və texniki təlimi üzrə öhdəlikləri öz üzərinə götürür. BP həmin vətəndaşların birillik təhsil xərclərini Azərbaycandakı layihələr üzrə tərəfdaşları ilə birgə təmin edəcək.
İkinci sənəd BP-nin operatorluğu altında Azərbaycanda reallaşdırılan məhsulun pay bölgüsünə dair bütün sazişləri əhatə edir və işçilərin məşğulluğu sahəsində əməkdaşlıq üzrə ümumi bazadan ibarətdir. Anlaşma Memorandumu elan edilmiş və yerli işçilər üçün nəzərdə tutulan vakansiyalar üzrə kənardan namizədlərin BP şirkəti tərəfindən işə qəbulu məsələsində SOCAR və BP arasında əməkdaşlıq üçün imkan yaradır.
İmzalanma mərasimində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun bəyan edib kimi, bu sənədlər milli standartlara və tələblərə uyğun olaraq Azərbaycanın neft-qaz sənayesinə işçilərin hazırlanmasına ciddi töhfə verəcək.
N.Abbasova