Sosial şəbəkə, xüsusilə də ictimai paylaşma saytı olan Facebook istifadəçilərinin sayının artması, müxtəlif sahələr üzrə fəaliyyət göstərən daha çox şirkətlərin bu kommunikasiya vasitəsinə müraciət etmələrinə təkan verir. Bu tendensiya sığorta bazarından da yan ötməmişdir. Bir çox sığorta şirkətləri artıq Facebook-da öz rəsmi səhifələrini açmışlar.
“Alfa Sığorta” şirkəti bu istiqamətə daha böyük diqqət yetirir. Şirkətin səhifəsi daim yenilənir, yeni materiallar dərc olunur, media istehsalı olan məhsullar yerləşdirilir, şərhlər monitorinq olunur, tövsiyələr verilir. Belə yanaşma diqqətdən kənar qalmadı. Şirkətin bir ildən az olan müddət ərzində fəaliyyət göstərən Facebook səhifəsi artıq 20 000 nəfər tərəfindən müsbət qiymətləndirilmişdir.
Şirkətin marketinq direktoru Samir Güləhmədzadə qeyd etmişdir ki, sosial şəbəkələrin imkanlarından istifadə etməklə biz müştərilərə daha yaxın olur, fəaliyyətimizə müvafiq dəyişikliklər edir, yeni inkişafın istiqamətləri müəyyənləşdiririk.