Bir qrup qazaxıstanlı jurnalist Bakı Dövlət Universitetində (BDU) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Jurnalistlər Qazaxıstan-Azərbaycan münasibətləri, Azərbaycan və Bakı haqqında yazılı və video materiallar hazırlayırlar.
Qonaqlar BDU-nun nəzdində fəaliyyət göstərən Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzində olublar.
Jurnalistlər, həmçinin Azərbaycan ali məktəblərinin flaqmanı olan BDU-nun fəaliyyəti ilə də tanış olublar.
A.Zeydullayeva