Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edirlər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Çərşənbə günü Bakıda keçirilən görüşdə prezidentlər bildiriblər ki, R.T.Ərdoğanın Azərbaycana səfəri dostluq əlaqələrinin daha da möhkəmlənməsi işinə xidmət edəcək.
Bundan başqa, münasibətlərin bundan sonra da daim yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
İ.Əliyev və R.T.Ərdoğan ikitərəfli və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıblar.
F.İsazadə