Azərbaycan Rusiyaya qaz tədarükünü yenidən dayandırıb. Bu barədə “İnterfaks” agentliyinə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Tədarük təmir işləri ilə əlaqədar dayandırılıb.
Şirkətdə fasilənin nə vaxtdan başladığını və nə qədər davam edəcəyini dəqiqləşdirməyiblər. Bu, bir il ərzində Azərbaycandan Rusiyaya qaz tədarükünün dayandırılması ilə bağlı artıq ikinci haldır - avtomobil yolunun təmiri ilə əlaqədar cari ilin əvvəlindən iyun ayının əvvəlinədək qaz tədarük edilməyib.
Qaz tədarükünün dayandırılmasından əvvəl sutkalıq plan 2 mln. kubmetr təşkil edirdi.
N.Abbasova