Təhsil naziri Mikayıl Cabbarov xarici ali məktəblərə qəbul olunmuş tələbələrin növbəti qrupu ilə görüşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir dünyanın aparıcı ali məktəblərinə qəbul olunmaları münasibəti ilə tələbələri təbrik edərək bildirib ki, dövlət təhsil sahəsini prioritet sahələrdən biri hesab edir və bu istiqamətə böyük diqqət ayırır.
M.Cabbarov qeyd edib ki, azərbaycanlı tələbələrin dünyanın aparıcı ali məktəblərində təhsil almaları ölkənin dinamik inkişafına öz töhfəsini verəcək.
Görüşdə iştirak edən tələbələr Böyük Britaniya, ABŞ və İspaniyanın ali məktəblərində təhsil alacaqlar.
Azərbaycanlı tələbələr "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici dövlətlərin ali məktəblərində təhsil almaq hüququ qazanıblar.
A.Zeydullayeva