Əgər Qarabağ münaqişəsi həll olunmasa, o zaman Türkiyə-Ermənistan münasibətləri bugünkü kimi qalacaq. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Bakıda Azərbaycanın dövlət başçısı İlham Əliyevlə geniş tərkibdə aparılan danışıqlar zamanı bəyan edib.
“Regionumuzdakı bütün problemləri birgə həll edəcəyik. Türkiyə və Ermənistan, eləcə də Azərbaycan və Ermənistan arasında bütün problemlərin həlli bir mərkəzə bağlıdır. Qarabağ münaqişəsi həll olunmayanadək Ermənistanla problem davam edəcək. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməyəcək”, - deyə R.T.Ərdoğan bildirib.
İ.Əliyev R.T.Ərdoğanın Türkiyə prezidenti kimi ilk xarici səfərlərindən birini məhz Azərbaycana etməsi faktından məmnunluq ifadə edib.
“Andiçmə mərasimindən bir neçə gün sonra Azərbaycana rəsmi səfər etməyinizə çox şadıq. Bu, bir daha göstərir ki, Türkiyə-Azərbaycan əlaqələri dostluq və qardaşlıq üzərində qurulub və ən yüksək səviyyədədir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Y.Əliyev