Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı “Heydər Əliyev” ordeni ilə təltif edib. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Bu gün prezident İlham Əliyev tərəfindən ölkəmizdə rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib.
Dövlət başçıları ziyafətdə çıxış ediblər.
Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana “Heydər Əliyev” ordeni təqdim edib.
A.Zeydullayeva