“Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan” («ABB-Gürcüstan») bankının xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 2,45 dəfə artaraq 2014-cü il iyulun 1-nə 1,333 mln. lari təşkil edib. Bu barədə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.
Bankın məcmu kapitalı il ərzində 15,6% artıb və 2014-cü il iyulun 1-nə 40,5 mln. lari təşkil edib. Bankın səhmdar kapitalı il ərzində 9,8% artaraq 27,5 mln. lari təşkil edib.
«ABB-Gürcüstan» bankı 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib. 2007-ci ilin fevralında Gürcüstan Milli Bankı «ABB-Gürcüstan»a bank əməliyyatları üçün lisenziya verib.
Bankın səhmdarları “Azərbaycan Beynəlxalq Bankı” ASC (75%), “Azərbaycan Sənaye Bankı” ASC (12,5%) və fiziki şəxsdir (12,5%).
A.Axundov