Cümə axşamı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalayacaq. Bu barədə rəsmi mətbuat məlumat verib.
İmzalanma mərasimində Alman-Azərbaycan Forumunun İdarə Heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayer, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robben və Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Buts iştirak edəcəklər.
Almaniya-Azərbaycan Forumunun əsas məqsədi Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin gücləndirilməsidir.
Y.Əliyev