Vergilər Nazirliyi təqdim etdiyi elektron xidmətlərin sayını 58-dək artırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
Məlumata əsasən, Vergilər Nazirliyi “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması” və ”ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi” xidmətlərinin təqdim edilməsinə başlayır.
Nazirlik bu xidmətlərin göstərilməsinə başlanılmasını elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə razılaşdırıb.
A.Axundov