Sentyabrın 10-da Bakıda “Riyaziyyat və astronomiyanın tarixi, mövcud vəziyyəti və gələcəyə baxış” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.
Konfrans görkəmli alim Nəsirəddin Tusinin vəfatının 740 illiyinə həsr olunub. Tədbirin təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və AMEA Riyaziyyat və Mexanika İnstitutudur.
Tədbirə İspaniya, Fransa, İngiltərə, İsveçrə, Rusiya, İran, Özbəkistan və s. ölkələrdən alimlərin qatılacağı gözlənilir.
İkigünlük konfransın bölmə iclasları Azərbaycan Universiteti və AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında keçiriləcək.
A.Zeydullayeva