Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Vətəndaşların qəbulu sentyabrın 10-da Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcək.
Qəbələ, Ağsu, İsmayıllı, Qobustan, Oğuz və Şamaxı rayonlarından olan vətəndaşlar qəbula yazıla bilərlər.
Nazirlə görüşmək istəyən vətəndaşlar nazirliyin elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçə və ya rayon mədəniyyət və turizm şöbələrinə müraciət edə bilərlər.
A.Zeydullayeva