Azərbaycanın Baş Prokurorluğu yerli KİV-lərdə ABŞ vətəndaşı Səid Nurinin ölkədən çıxmasına qadağa qoyulması barədə yayılmış xəbəri “İnterfaks-Azərbaycan” agentliyinə təsdiq edib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qeyd edib ki, cinayət işi ilə əlaqədar olaraq ABŞ vətəndaşı Səid Nuriyə ölkənin hüdudlarından kənara çıxmaq qadağan edilib.
ABŞ vətəndaşının Azərbaycandan kənara çıxmasına qadağa qoyulmasının səbəbi ilə bağlı suala E.Sultanov belə cavab verib: “Baş Prokurorluq qoyulmuş qadağanın səbəblərini hələ ki, şərh etmir”.
F.İsazadə