Bakıda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialında – Niyazinin ev-muzeyində gənc ifaçıların konserti olub. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Konsert sentyabrın 18-də qeyd olunan Milli Musiqi Gününə həsr edilmiş silsilə tədbirlərə start verib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova qeyd edib ki, Milli Musiqi Günü ölkədə hər il sentyabrın 18-də, Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olduğu gün qeyd edilir. Bu ənənənin əsası maestro Niyazi tərəfindən qoyulub.
Konsert Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası ilə açılıb.
Proqramda Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səsləndirilib.
A.Zeydullayeva