Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Duzdağ Fizioterapiya Mərkəzində müalicə kursu keçən Gürcüstanın Acarıstan Muxtar Respublikasından olan uşaqlarla görüşüb.
V.Talıbov acarıstanlı uşaqların səhhəti ilə maraqlanıb. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlam və vətənpərvər ruhda böyüdülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İstifadəyə verilən səhiyyə müəssisələri, yaradılan müasir müalicə-istirahət mərkəzləri və mövcud idman infrastrukturu gənclərin hərtərəfli inkişafına xidmət edir. Ali Məclisin sədri bildirib ki, Naxçıvanla Acarıstan Muxtar Respublikası arasında ikitərəfli əməkdaşlığa mühüm əhəmiyyət verir və iki muxtariyyət arasında münasibətlər xüsusilə səhiyyə sahəsində bundan sonra da davam etdiriləcək.
V.Talıbov uşaqlara hədiyyələr təqdim edib.
2012-ci ildən etibarən Naxçıvan MR ilə Acarıstan MR arasında tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı aztəminatlı ailələrin uşaqlarının Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilib. Avqustun 23-dən Acarıstandan 23 uşaq Duzdağ Fizioterapiya Mərkəzində 10 günlük müalicə kursu keçib.
Q.Hüseynova