Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun Tovuz rayon şöbəsində yoxlama aparacaq. Bu barədə Palatanın saytında məlumat verilir.
Palatanın kollegiyası müvafiq audit proqramını təsdiq edib. Yoxlamanın məqsədi DSMF-in ayırdığı büdcə vəsaitlərinin istifadəsinin auditidir.
Bundan başqa, Hesablama Palatası Bakı şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsi üzrə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların, o cümlədən Neftçala rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsini yoxlayacaq.
A.Axundov