Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Azərbaycan nümayəndələri sentyabrın 8-dən 12-dək İtaliyanın Neapol şəhərində Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminarda, sentyabrın 19-dək Tiflisdə Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursunda iştirak edəcəklər.
Bundan başqa, Azərbaycan hərbçiləri sentyabrın 11-dən 28-dək Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimilərində iştirak edəcəklər.
Y.Əliyev