Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli sülh sazişi üzərində işə başlamağın zamanı artıq çatıb. Bu barədə Bakıda bəyan edirlər.
“Bildiyiniz kimi, Amerika tərəfinin təşəbbüsü ilə Uelsdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Deyə bilərəm ki, konstruktivlik nöqteyi-nəzərindən artıq hərtərəfli sülh sazişi üzərində substantiv işə başlamağın vaxtı çatıb”, - deyə xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi moldovalı həmkarı Nataliya German ilə birgə mətbuat konfransında Uelsdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yekunlarını şərh edərkən bəyan edib.
O, həmçinin qeyd edib ki, ABŞ dövlət katibi Con Kerri onun təşəbbüsü ilə keçirilən görüşdə münaqişənin nizamlanması istiqamətində hansı addımların atıla biləcəyini öyrənmək istəyib.
“Bizim mövqeyimiz dəyişməzdir. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. Əgər Ermənistan snayperlərin geri çəkilməsini təklif edirsə, o zaman Azərbaycan tərəfi qoşunları kazarmalara geri çəkməyi təklif edir”, - deyə E.Məmmədyarov bildirib.
“Bu ay amerikalı həmsədrin regiona səfəri gözlənilir. Bu məsələ BMT Baş Assambelaysında da müzakirə olunacaq”, - deyə nazir əlavə edib.
F.İsazadə