Kembric hersoginyası Keyt ikinci uşağa hamilədir. Bu barədə Britaniyanın BBC teleradio korporasiyası kral ailəsinin bəyanatına istinadən məlumat yayıb.
Bəyanatda bildirilir ki, kraliça II Yelizaveta və kral sülaləsinin digər üzvləri bu xəbərdən məmnundurlar.
Şahzadə Uilyam və Keytin birinci övladları şahzadə Corc ötən ilin iyul ayında dünyaya gəlib.