2014-cü il avqustun 31-nə Azərbaycanda “elektron imza” (“e-imza”) alan hüquqi və fiziki şəxslərin sayı 22,845 min təşkil edir. Bu barədə “e-hökumət” (www.e-gov.az) portalının aylıq bülletenində məlumat verilir.
31 avqust 2014-cü il tarixinə 2,956 min hüquqi şəxs, 5,399 min vətəndaş və 14,49 min dövlət orqanları əməkdaşları “e-imza”ya malikdir.
www.e-gov.az portalında təqdim olunan xidmətlərin sayı 365-ə bərabərdir.
İndiyədək 852,585 min nəfər elektron formada 3 mln. 735,355 min xidmət almaq üçün portala müraciət edib.
Ümumilikdə vətəndaşların portala marağının artması müşahidə olunur, eləcə də təkrar müraciət edənlərin sayı artır. Bu dövr ərzində portala müraciət edənlərin 39,6%-ni yeni istifadəçilər, 60,4%-ni təkrar müraciət edənlər təşkil edib”, - deyə bülletendə bildirilir.
2014-cü il sentyabrın 1-nə 120,253 min istifadəçi portaldan istifadə üçün sadələşdirilmiş kod-parol alıb.
2014-cü ilin avqust ayında müraciətlərin əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi xidmətlərdən istifadə ilə bağlı olub.
N.Abbasova