Avropa İttifaqı Şərq tərəfdaşları ilə siyasi assosiasiya və iqtisadi inteqrasiyaya sadiq qalır. Bu barədə Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt bilavasitə rəhbəri Ketrin Eştonun sözlərindən sitat gətirərək bəyan edib.
“Ketrin Eştonun adından deyə bilərəm ki, o, Şərq tərəfdaşlarımızla siyasi assosiasiya və iqtisadi inteqrasiyaya sadiq qalır”, - deyə H.Şmidt çərşənbə axşamı Bakıda keçirilən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin IV qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, tədbirdə Aİ-nin tərəfdaşlarının üzləşdirkləri siyasi çağırışların müzakirəsi nəzərdə tutulub.
“Biz həmin çağırışlara qarşı durmaq üçün tərəfdaşlarımızla əməkdaşlığın inkişafına əminik”, - deyə H.Şmidt vurğulayıb.
F.İsazadə