Kəşmirdə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 400 nəfər həlak olub. Bu barədə çərşənbə axşamı Hindistan mətbuatı məlumat verib.
Daha yüz minlərlə şəxs ağır vəziyyətə düşüb.
Hazırda Hindistan və Pakistan arasında bölünmüş Kəşmirdə son 50 il ərzində ən güclü daşqınlar baş verir.