Xırdalanda yaşayış binasında baş vermiş partlayışa qaz sızması səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyinin dünən Xırdalan şəhərində baş vermiş insidentlə bağlı yaydığı məlumatda deyilir.
Partlayış Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı tikintisi başa çatmamış binada baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Y.Əliyev