Dünən Xırdalan şəhərində baş vermiş partlayışla əlaqədar Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma) və 314.2-ci (Səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında deyilir.
İş üzrə zəruri istintaq hərəkətləri aparılıb və müvafiq ekspertizalar təyin edilib.
Hadisənin ağır nəticələrə səbəb olması nəzərə alınaraq iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.
Dünən baş vermiş partlayışla əlaqədar Daxili İşlər Nazirliyinin yaydığı məlumatda hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
Partlayış Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı tikintisi başa çatmamış binada baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.
Y.Əliyev