Haitinin cənub hissəsində Peti-Qoav şəhəri yaxınlığında ən azı 24 nəfər sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsinin qurbanı olub. Bu barədə çərşənbə günü “Associated Press” agentliyi məlumat verib.
Ən azı 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
İlkin məlumata əsasən, ölkənin patyaxtı Port-o-Prensadan Jeremi şəhərinə gedən nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib. Nəticədə avtobus dərəyə yuvarlanıb.
Yerli hakimiyyət faciənin səbəblərini araşdırır.