Ukrayna özünün neft emalı zavodlarına (NEZ) Azərbaycan neftinin tədarükündə maraqlıdır. Bu barədə Ukraynanın energetika və kömür
sənayesi naziri Yuri Prodan çərşənbə günü Bakıda keçirilən brifinqdə məlumat verib.
Energetika və Kömür S
ənayesi Nazirliyinin mətbuat xidmətindən qeyd ediblər ki, Y.Prodan Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşərək Azərbaycan neftinin Ukraynaya nəqli və ölkələr arasında birgə layihələrin reallaşdırılması məsələlərini müzakirə etməyi planlaşdırır.
Xəbər verildiyi kimi, 2013-cü ildə Ukrayna Azərbaycandan $81 min məbləğində neft idxal edib.