Bakıda rəsmi səfərdə olan Serbiyanın baş nazirinin müavini, xarici işlər naziri İvitsa Daçiç Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla birgə brifinqdə Bakıda yeni təyin olunmuş səfiri təqdim edib.
“Sizə Serbiyanın yeni səfiri Nebo Şirodiçi təqdim etməkdən məmnunam. O, əvvəllər müxtəlif vəzifələrdə çalışıb, həmçinin müdafiə naziri olub”, - deyə İ.Daçiç qeyd edib.
Yeni səfirin etimadnaməsini Azərbaycan prezidentinə hələ təqdim etmədiyini deyən serbiyalı nazir səfirin oktyabr ayında vəzifələrinin icrasına başlayacağına əminlik ifadə edib.
Y.Əliyev