Gəncə və Ağstafa şəhərlərinin məktəbləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə qoşulublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Bu layihə çərçivəsində Şuşa rayon kənd məktəbi və Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli orta məktəb qardaşlaşıblar.
“İmzalanmış memorandum əsasında məktəblər bir-birləri qarşısında götürdükləri öhdəliklərə yerinə yetirməli, uğurlarını bölüşməli, çatışmazlıqların aradan qaldırılması üzərində birgə çalışmalı, idman yarışlarında iştirak etməli, bayram tədbirləri və dəyirmi masalar təşkil etməlidirlər”, - deyə fondun nümayəndəsi Ceyhun Musağolu bildirib.
Bakı şəhərinin Nizami rayonundakı 145 nömrəli tam orta məktəb və Ağstafa şəhər 1 nömrəli məktəb də qardaşlaşıblar. Ağstafada keçirilən görüşdə məktəblilər arasında intellektual yarış, rəqs və şer msabiqələri keçirilib.
Layihəyə cəlb edilmiş 20 məktəbdən 12-si artıq iştirak edir.
F.Mehdiyev