Belqrad Bakı ilə humanitar, siyasi və iqtisadi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bu barədə Serbiyanın baş nazirinin müavini və xarici işlər naziri İvitsa Dadiç Bakıda prezident İlham Əliyevlə görüşdə bəyan edib.
Dövlət başçısının rəsmi saytında verilən məlumata əsasən, İ.Əliyev Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb və İ.Daçiçin Azərbaycana bu səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edb.
Həmin gün İ.Əliyev İsrailin müdafiə naziri Moşe Yalonu da qəbul edib.
Görüşdə tərəflər arasında hərbi-texniki sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
F.İsazadə