11-12 sentyabr tarixlərində Avstriyanın federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurts Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
Səfər zamanı S.Kurts azərbaycanlı həmkarı Elmar Məmmədyarov və ölkə rəhbərliyinin digər nümayəndələri ilə görüşəcək.
F.İsazadə