Çərşənbə günü Əfqanıstanın şərqindəki Kunar əyalətində ABŞ-ın hava zərbələri nəticəsində 14 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Bu barədə “Associated Press” agentliyi məlumat verib.
Həlak olanlar arasında dinc sakinlər, o cümlədən qadınlar və uşaqlar da var.
Əfqanıstan prezidenti Həmid Kərzai ABŞ-ın mülki şəxslərin ölümünə səbəb olan bu cür hərəkətlərini qəti şəkildə pisləyib.