SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Kompleks Qazma İşləri Tresti “Neft Daşları” yatağında yeni quyunun qazma işlərinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2601 nömrəli quyuda qazma işləri 2585 nömrəli platformadan həyata keçirilir.
Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2260 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton təşkil edir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.
N.Abbasova