Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın baş naziri İrakli Qaribaşvili ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tərəflər münasibətlərin siyasi, iqtisadi və energetika sahələrində mövcud vəziyyətindən məmnunluq ifadə ediblər.
Qeyd olunub ki, Gürcüstanın baş nazirinin Azərbaycana səfəri əlaqələrin daha da genişlənməsinə töhfə verəcək.
F.İsazadə