2014-cü ilin yanvar-avqust aylarında Azərbaycanda qiymətli kağızlarla aparılan əməliyyatların həcmi 7 mlrd. 454 mln. 997,958 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 55% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycanda korporativ qiymətli kağızlarla əməliyyatların həcmi 3,3 dəfə - 3 mlrd. 415 mln. 835,852 min manata qədər artıb.
Səhmlərlə əməliyyatların həcmi 1 mlrd. 69 mln. 447,722 min manat (artım 2,6 dəfə), o cümlədən ilkin bazarda 917 mln. 766,86 min manat (artım 3,1 dəfə), təkrar bazarda isə 151 mln. 680,862 min manat (artım 24%) təşkil edib.
Hesabat dövründə korporativ istiqrazlarla əməliyyatların həcmi 3,7 dəfə - 2 mlrd. 346 mln. 388,13 min manata qədər artıb, o cümlədən ilkin bazarda manatda nominallaşdırılmış istiqrazlarla əməliyyatların həcmi 117 mln. 12,914 min manat (azalma 28%), ilkin bazarda ABŞ dollarında nominallaşdırılmış istiqrazlarla 1 mlrd. 706 mln. 383,73 min manat (artım 25 dəfə), təkrar bazarda manatda nominallaşdırılmış istiqrazlarla 518 mln. 277,295 min manat (artım 30%) təşkil edib.
Komitənin məlumatına görə, 2014-cü ilin yanvar-avqust aylarında dövlət qiymətli kağızları ilə əməliyyatların həcmi 7% - 4 mlrd. 39 mln. 162,106 min manata qədər artıb.
Xüsusilə hesabat dövründə Maliyyə Nazirlyinin istiqrazları ilə əməliyyatların həcmi 77 mln. 824,08 min manat (artım 4%) təşkil edib, Mərkəzi Bankın notları ilə əməliyyatların həcmi 61% - 425 mln. 895,04 min manata qədər, repo əməliyyatları 3% - 3 mlrd. 535 mln. 442,986 min manata qədər artıb.
Xəbər verildiyi kimi, 2013-cü ildə Azərbaycanda qiymətli kağızlarla əməliyyatların həcmi 2012-ci illə müqayisədə 6% - 8 mlrd. 824 mln. 389,427 min manata qədər azalıb.
A.Axundov