Azərbaycan və Avstriyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sebastian Kurts cümə günü Bakıda Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
“Görüş zamanı biz avstriyalı həmkarımızla Qarabağ münaqişəsinin həlli yollarını ətraflı şəkildə müzakirə etdik. Mən münaqişənin təfərrüatları, o cümlədən bu məsələdə Azərbaycanın mövqeyi barədə həmkarıma məlumat verdm”, - deyə E.Məmmədyarov S.Kurtsla birgə mətbuat konfransında bildirib.
Öz növbəsində avstriyalı qonaq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında sülh yolu ilə nizamlanacağına ümid etdiyini deyib.
F.Hüseynzadə