ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) təyyarələri “İslam dövləti” qruplaşması ilə mübarizə aparmaq üçün tezliklə İraqın şimalında yerləşən Ərbil şəhərindəki aviabazaya gətiriləcək. Belə bəyanatla Pentaqonun kontr-admiralı Con Kirbi çıxış edib.
“Bizim İraq qüvvələrinə havadan göstərdiyimiz dəstək daha aqressiv olacaq”,- deyə o bildirib.
Kontr-admiral Ərbil ərazisinə hansı növ təyyarələrin gətiriləcəyi və onların sayı barədə məlumat verməyib.
Daha əvvəl Amerikaya məxsus qırıcı təyyarələr və “İslam dövləti”nin mövqelərinə hücum edən digər növ təyyarələr İraqın hüdudlarından kənarda və ya təyyarə daşıyan gəmilərdə yerləşirdi.
Qərb KİV-lərinin məlumatına görə, avqustun 8-dən başlayaraq ABŞ HHQ İraqda “İslam dövləti”nə 156 hava zərbəsi endirib.