Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak cümə günü keçirilən təkbətək görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafının əhəmiyyətini qeyd ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Malayziya baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb və əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Tərəflər iki ölkə arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildiriblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
A.Zeydullayeva