VTB-nin (Azərbaycan) “Həzi Aslanov” filialının işə başlamasının bir ili tamam oldu. Filial paytaxt əhalisinin sıxlığının yüksək olduğu Xətai rayonu ərazisində yaşayan müştərilərə öz xidmətlərini təklif edir.
Fəaliyyət göstərdiyi müddət ərzində filial öz kredit portfelini 9,4 milyon manata yüksəltmişdir. Müsbət nəticələr pərakəndə müştərilərin cəlb edilməsi üzrə fəal iş ilə şərtləndirilmişdir. Görülmüş işlərin yekunları üzrə fiziki şəxslərin kredit portfeli 8,5 milyon manat təşkil etmişdir. Korporativ kanal üçün nağd kreditlər və girovlu ipoteka kreditləri, eləcə də "Avtoekspres" məhsulu daha populyardır.
Ötən il ərzində Bank VTB-nin (Azərbaycan) “Həzi Aslanov” filialının komandası korporativ müştərilərin, o cümlədən kiçik biznesin subyektlərinin cəlb edilməsinə xüsusi diqqəti yetirmişdir.
Arayış üçün:
Bank VTB (Azərbaycan)
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 4 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.